Maye qaz balonu evi partlatdı

07 Noyabr, 2019 16:40 | Siyasət | Baxış sayı: 49
Qaz plitəsi
Qaz plitəsi

Ata və azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Zərdabda partlayış olub.

İstiPress-in məlumatına görə, hadisə rayonun Siləyli kəndində baş verib.

İlkin məlumatlara görə, evdə olan maye qaz balonunda sızma qeydə alınıb. Ev sahibi otaqda kibrit yandırdıqdan sonra partlayış olub.

Hadisə nəticəsində ev sahibi olan ata və azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bakıda olan xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.