Ərdoğanın tələbi ilə hazırlanan snayper tüfəngi FOTO

07 Noyabr, 2019 12:33 | Siyasət | Baxış sayı: 257
Snayper
Snayper

Solaxayların da rahat istifadə edəcəyi silahın prototipi tamamlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ötən ildən hazırlıqlarına başlanılan və yüz faiz yerli istehsal olaraq 3 mühəndis tərəfindən dizayn edilən yarıavtomat snayper tüfənginin prototipi tamamlanıb. Snayper tüfəngi 5+1 mərmi tutumuna sahibdir və 6 kq çəkisi var. Tüfəngin təsirli mənzili 1300 metrdir. Ən əsas üstünlüyü isə həm sağ, həm də solaxaylar tərəfindən rahat istifadəsidir.

Silahı istehsal edən şirkətin baş direktoru Emrah Hamzaoğlunun sözlərinə görə, artıq onlara 3 ölkdən sifariş verilib. "Bizimlə birlikdə çalışmaq istəyirlər. Hazırda siılahımızı daha da inkişaf etdirəcəyimiz üçün daha yaxşı şərait hazırlayırıq. İlk testlər uğurlu alınıb. Daha 4 mərhələmiz var. Onlardan sonra öncəliyimiz türk dövlətidir.  Böyüklərimiz bəyəndiyi zaman xaricə də satmağı düşünürük".  

O, silahları NATO-nunkindən də yaxşı testlərdə sınamağı düşündüklərini qeyd edib. 

"Polada forma verən türklərdir. Avropa və amerikalılar forma verilmiş poladı alaraq standart vəziyyətdə təqdim edirlər. Bu standartlar bizi çətinliyə salır. Amma biz indi onlardan daha yaxşılarını edə bilirik".

Ərdoğanın tələbi ilə hazırlanan snayper tüfənginin test mərhələsinin 7-8 ay sonra başlanması gözlənilir.