Birinci xanımdan neftçilərə təbrik

07 Noyabr, 2019 09:30 | Siyasət | Baxış sayı: 14
Mehriban Əliyeva
Mehriban Əliyeva

"Neftçilərimiz bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  neftçiləri təbrik edib. Birinci vitse-prezidentin rəsmi "İnstagram" səhifəsində bu barədə post yerləşdirilib. Paylaşımında deyilir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"