Baş Nazir özünə yeni köməkçi təyin edib

07 Noyabr, 2019 14:35 | Siyasət | Baxış sayı: 170
Əli Əsədov
Əli Əsədov

Bununla da köməkçilərin sayı üçə çatıb

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

IstiPress-in məlumatına görə, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş Nazirin köməkçisi vəzifəsinə təyin edilib.

Bununla da Baş Nazirin köməkçilərinin sayı üçə çatıb.

Qeyd edək ki, Baş Nazirin digər köməkçiləri - Ələsgər Ələsgərov və Sabir Bayramovdur.