Bakıda aksiya üçün müraciət edildi

07 Noyabr, 2019 14:03 | Siyasət | Baxış sayı: 75
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası

"Müsavat" BŞİH müraciət edib

Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib.

Bu barədə partiyanın "facebook" səhifəsində məlumat verilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən gün Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Bundan sonra partiya açıqlama verərək həmin ərazidə mitinq keçirməyəcəyini, əvəzində BŞİH-i qarşısında piket keçirəcəyini bəyan edib.