Qarabağda 4 erməni əsgəri öldü

07 Noyabr, 2018 17:16 | Siyasət | Baxış sayı: 186

Ağır yaralananlar olsa da, onların sayı barədə dəqiq məlumat verilmir

Ermənistan Müdafiə Nazirliyinə məxsus KamAZ markalı yük maşını Gorus-Qubadlı istiqamətində hərəkət edərkən qəzaya uğrayıb.

İstiPress "news.am"a istinadən bildirilir ki, Qarabağa gedən əsgərlərin hamısı Ermənistan sakinləridir və  ölənlər bunlardır: 

Hayrapet Nairyan (1998-cil doğumlu) - Erebuni rayonundandır

Hrant Qasparyan (1998 ) - Şaumyan

Edqar Hunanyan (1998) -  Razdan

David Melkonyan (1998) - Talin.

Yol-nəqliyyat hadisəsi zamanı Ermənistan ordusunun dörd əsgəri həlak olub. Qəzada ağır yaralananlar olsa da, onların sayı barədə dəqiq məlumat verilmir.

Yol nəqliyyat hadisəsi bu gün saat 12 radələrində Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində baş verib.