Milli Məclisdə 2 min maaş alan deputat yenə maaş artırımı istədi

07 Noyabr, 2018 13:50 | Siyasət | Baxış sayı: 344
Azərbaycan manatı
Azərbaycan manatı

"Məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir"

Deputat maaşının artırılmasını istəyib. Parlamentdə bu gün keçirilən müzakirələr zamanı Qüdrət həsənquliyev belə tələblə çıxış edib.

"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən, mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.

Deputat bildirib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir.

Xatırladaq ki, müvafiq sərəncamdan sonrakı maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alır.