İcra başçısına müavin təyin edildi

07 Noyabr, 2018 20:18 | Siyasət | Baxış sayı: 94
Azər Təzəxan oğlu Abdıyev
Azər Təzəxan oğlu Abdıyev

Başçı müvafiq əmr imzalayıb

Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.

İstiPress-in məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.