Bakıda işdən çıxarılan məmur 10 milyonluq hamamını satışa çıxardı

07 Noyabr, 2018 13:03 | Siyasət | Baxış sayı: 193
Hamam
Hamam

Deputatlar cinayət işi açılan lift idarəsinin keçmiş rəisinin əmlakından danışıblar

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov  əmlakı parlamentdə müzakirəyə çıxarılıb.

deputat Fəzail Ağamalı onun sahib olduğu bahalı hamamın satılmasına etiraz edib. “Mətbuatda oxudum ki, Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?!”

O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Xatırladaq i, adıçəkilən obyekt Ali Məhkəmə  binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir. Ona 10 milyon manat qiymət qoyulduğu bildirilir.