Almaniya Ermənistanın kömək təklifini rədd etdi

07 Noyabr, 2018 14:28 | Siyasət | Baxış sayı: 94
Almaniya polisi
Almaniya polisi

Ölkədəki hakimiyyət nümayəndələri, diplomatlar mafiozlarla əlaqədə ola bilər

İrəvanda növbəti qalmaqal. Bu ölkənin Xarici İşlər Nazirliyi Almaniyadakı erməni mafiyası ilə bağlı informasiyaların etibarlılığını yoxlayır. Bu barədə nazir müavini Karen Nazaryan bildirib. Parlamentdə çıxış edən nazir müavini deyib ki, Almaniya hüquq mühafizə orqanları ilə daimi əlaqədadır. Amma bu yeni xəbər deyil. Erməni mafiyası, “qanuni oğrular”ı bu gün ABŞ-da, Avropanın müxtəlif ölkələrində fəaliyyət göstəririlər. Amma erməni diplomatlar daha əvvəl heç vaxt belə məlumatlara reaksiya vermirdilər. Hesab edirdilər ki, bu həmin ölkə polisinin işidir. İndi isə narahat olmağa başlayıblar.

İş ondadır ki, alman mətbuatında istintaqçıların gizli əməliyyat çərcivəsində erməni mafiyasını axtarıb tapmağa çalışmaları barədə məqalələr çıxmağa başlayıb. Yerli qəzetlər bildirir ki, bu gizli əməliyyat cinayətkarlıqla mübarizədə ən böyük addımlardan biridir. Amma ən maraqlısı və gözlənilməzi odur ki, Ermənistanın Almaniyadakı səfiri Aşot Simatyan erməni mafiyası ilə mübarizədə alman hüquq mühafizə orqanlarına öz köməyini təklif edib. Təbii ki, almalar belə əməkdaşlıqdan imtina ediblər. Görünür anlayırlar ki, “qanauni oğru”lar erməni hakim şəxsləri, diplomatlarla sıx əlaqədə ola bilər.

Xatırladaq ki, Ermnistandakı inqilabdan sonra ölkə rəhbərliyində təmsil edilənlər dəfələrlə "qanuni oğrular"a hörmətlərini bildiriblər. Bir müddət öncəki genişmiqyaslı amnistiya isə “qanuni oğrular”ın sıralarını daha da genişləndirəcək.

Bunun üçün də alman tədqiqatçıların Ermənistanın dövlət nümayəndələri ilə əməkdaşlıq etməməsinin səbəbi aydındır. İndi Ermənistan XİN-dən öz alman həmkarlarını onların təklifinin düzgün anlaşılmadığına inandırmağa çalışırlar.