ABŞ-dan Rusiyaya ikinci zərbə

07 Noyabr, 2018 09:45 | Siyasət | Baxış sayı: 84
ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Yeni sanksiyalar paketinin tədbiqinə başlanıla bilər

ABŞ Rusiyaya qarşı ikinci sanksiya paketini qəbul edə bilər. Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert belə deyib. Nümayaəndə ABŞ-ın sanksiyaları daha da sərtləşdirilməli olduğunu, o, "Skripal işi" ilə bağlı Rusiyaya qarşı ikinci sanksiya paketinin tədbiqinin labüd olduğunu düşünür. 

Belə ki, Vaşinqton Rusiyanın 1991-ci ildə qəbul edilən kimyəvi və bioloji silahların məhvi ilə bağlı qanuna əməl edəcəyinə inanmır. 

"Biz bu qanunun tələblərinə uyğun hərəkət etməliyik. Bu isə əlavə sanksiyaların tədbiqinə icazə verir". 

Dövlət Departamenti nümayənsəi ABŞ-ın Rusiyanın şərtlərə əməl etdiyini heç cürə isbatlaya bilmədiyini deyir. 

Xatırladaq ki, ABŞ "Skripal işi" ilə bağlı ilk sanksiya paketinin tədbiqinə avqust ayından başlayıb.