ABŞ-da bir ilk - müsəlman qadınlar seçildilər FOTO

07 Noyabr, 2018 10:04 | Siyasət | Baxış sayı: 47
ABŞ-da seçki
ABŞ-da seçki

Aralıq seçki başa çatdı, nəticələr açıqlandı

ABŞ-da Konqresə keçirilən aralıq seçkilər başa çatıb. ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar partiyası Senat seçkilərində qalib gəlib. Demokratlar isə Nümayəndələr Palatasına seçkilərdə yüksək nəticə göstəriblər. 

Respbulikaçılar Senatda 50 yer, demokratlar isə 41 yer qazanıb. Nümayəndələr Palatasında isə bu rəqəm 197 və  238 olaraq dəyişir. 

Bu dəfə Nümayəndələr palatasına daxil olanlar arasında iki müsəlman da var. Belə ki, ABŞ-ın Miçiqan və Minnesota ştatlarından seçkilərə qatılan Fələstin əsilli Raşida Tlaib və Somalidən olan Ilhan Omar Nümayəndələr palatasına daxil olan ilk müsəlman qadınlar olublar. Bundan başqa onlardan biri baş örtüyü ilə fərqlənib. 

ABŞ prezidenti Donald Tramp da artıq seçki ilə bağlı ilk açıqlamasını verib. "Bu gecə möhtəşəm bir uğur idi. Hər kəsə təşəkkür edirəm".