AB-dən Türkiyəyə soyuq duş

07 Noyabr, 2018 11:43 | Siyasət | Baxış sayı: 99
Türkiyə və Avropa Birliyinin bayraqları
Türkiyə və Avropa Birliyinin bayraqları

"Türkiyənin üzvlüyü real görünmür"

"Fransa prezidentinin açıqlamasına və AB ölkələrindəki abu-havaya nəzərə salanda Türkiyənin bu quruma tezliklə üzv ola biləcəyi real görünmür". Bunu Avropa Birliyinin Qonşuluq və Genişlənmə üzrə komissarı Johannes Hahn deyib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı illərdir ki, müzakirələr aparılır. "AB və Türkiyə hər iki tərəfində maraqlarına uyğun olan yeni starateji əməkdaşlıq üçün cəhd göstərməlidir".

AB rəsmisi AB ilə Türkiyənin daha fərqli yollarə əl atıb, aradakı üzvlük müzakirələrinə son qoymağın daha dürüst davranış ola biləcəyini düşündüyünü deyib. "Daha real və strateji ortaqlıq qurulmalıdır". Hahn iki tərəfin enerji, miqrasiya, Suriyanın yenidən qurulması və s. sahələrdə iş birliyi qura biləcəyini də deyib. 

O, həmçinin qeyd edib ki, Türkiyə AB normalarından uzaqlaşıb.

Xatırladaq ki, Emanuel makron da Türkiyənin Avropa Birliyinə üzvlüyü müzakirələrində irəliləyiş əldə ediləcəyinə şübhə ilə yanaşdığını deyib.