Zakir Həsənov NATO-ya “Qətiyyətli Dəstək” verənlər sırasında

07 Noyabr, 2017 16:52 | Siyasət | Baxış sayı: 190
Zakir Həsənov
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Belçikaya dəvət alıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Belçikaya gedəcək.

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.