Milyardları olan şahzadələrin həbsdən ilk görüntüləri VİDEO

07 Noyabr, 2017 09:15 | Siyasət | Baxış sayı: 638
Şahzadələrin qadığı otel
Şahzadələrin qadığı otel

Yerdə açılan döşşəklər, hazır quru yeməklər

Səudiyyə Ərəbistanında şənbə günü yaradılan Korrupsiya il mübarizə Komitəsinin bazar günü həbs etdiyi şahzadələrin görüntüləri yayılıb. İstiPress-in məlumatına görə, aralarında dünyanın ən varlı insanları siyahısına da düşən şəxslər olan saxlanılanlar paytaxtdakı məşhur otellərdən birinə yerləşdiriliblər. Nazirlər, şahzadələr və iş adamlarının otel görüntüləri sosial mediada yayılıb.

Sahib olduqları milyonlar sayəsində hər zaman ən yaxşı şəraitdə yaşamağa alışan şahzadələr və nazirlər bu dəfə otelin böyük salonda birlikdə saxlanılırlar. Onlar yumşaq yataq əvəzində yerdə açılan döşşəklərdə yatıblar. Üzlərinin görünməməsi üçün nazik adyallarını başlarına qədər çəkən saxlanılanlara kiçik qablarda hazır yeməklər verilir. 

Görüntülərdən aydın olur ki, şahzadələrin saxlandığı böyük salonda çox sayda əli silahlı təhlükəsizlik qüvvəsi əməkdaşları var. 

Qeyd edək ki, şahzadələrin "Ritz Carlton" otelində saxlandığı iddia edilir. ABŞ prezidenti Donald Tramp da Səudiyyə Ərəbistanına səfəri zamanı məhz bu oteldə qalıb. 

Xatırladaq ki, korrupsiyada ittiham edilərək tutulanlar arasında çox milyardlıq sərvəti ilə dünyanın ən zəngin insanları arasında öncül yerlərdən birini tutan şahzadə El Valid bin Tallal da var.

Görüntüləri Saad Abedine adlı şəxs paylaşıb. Video qısa zaman ərzində dünyada sürətlə yayaılıb.