Ermənistanın robot əsgərləri

07 Noyabr, 2017 15:56 | Siyasət | Baxış sayı: 1302
Robot əsgər
Robot əsgər

İrəvan Qarabağı işğal altında saxlamaq üçün hər vasitəyə əl atır

Ermənistan nümayəndə heyəti  Evronest parlament assambleyasında hərbi robotların  işləməsi üçün qaydalar işlənməsini təklif ediblər.

İstiPress-in “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün İrəvanda jurnalistlərə Ermənistan Ermənistanın Evronest parlament assambleyasındakı nümayəndə heyətinin başçısı Armen Aşotyan bildirib.

Avropa Birliyi deputatlarından və Şərq tərəfdaşlı layihəsi üçün seçilmiş 6 ölkənin - Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanın deputatların birləşdirən parlament assambleyasının 30 oktyabr - 1 noyabrda keçirilmiş sessiyasının işinə bu qaydaların heç bir dəxli olmasa da ermənilər tərəfindən belə təklif verilib və Evronest səviyyəsində bununla bağlı müəyyən qərar qəbul edilib.

Əslində, Ermənistan hər hansı bir robot silahına və s. malik ölkə deyil və 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu ölkənin ordusu Rusiyanın 1980-ci illərə aid, yəni mənəvi cəhətdən köhnəlmiş silahları ilə təchiz edilib. Təklifin məzmunundan da görünür ki, Ermənistanın yaxın zamanlarda belə silaha malik olacağına da ümidi yoxdur.

Sadəcə, Ermənistanın əsas dərdi status-kvonun uzadılmasıdır ki, bu, onların verdiyi təklif də özünü əks etdirir. Onlar təklif ediblər ki, münaqişə zonasında monitorinqlər zamanı pilotsuz uçan aparatlardan istifadə edilsin və bu, xüsusi qayda ilə nizamlansın. 

Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ
Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ

Bu təklif Ermənistanı daldan atdığı daşa bənzəyir. Ermənistan aprel döyüşlərindən sonra qoşunların təmas xəttinə müşahidə mexanizmləri yerləşdirərək status-kvonu möhkəmləndirməyə çalışırdı. Ermənistan rəhbərliyinin bu addımı həm taktiki, həm də strateji baxımdan Qarabağın Azərbaycandan qoparılmasına xidmət edirdi.

Taktiki baxımdan Serj Sarkisyan öz hakimiyyəti dövründə münaqişənin həlli ilə bağlı ciddi qərarın verilməməsinə nail olmağa çalışır, yəni adının tarixə işğal edilmiş torpaqları qaytarmamış prezident kimi düşməsinə çalışır. Strateji baxımdan isə, Ermənistan rəhbərliyi münaqişəni uzatmaqla nə vatsa, Helsinki prinsiplərinin arxa plana keçiriləcəyinə, Qarabağın da Kosovo kimi müstəqillik əldə edə biləcəyin ümid edir.

Lakin Kataloniyada və Şotlandiyada güclənən seperatçılıq meyllərinın Avropa ölkələri tərəfindən sərt alınması Ermənistanın bu ümidini xeyli azaltdı. Amma buna baxmayaraq, göründüyü kimi, erməni hakimiyyəti yenə də ümidini kəsmir və hansısa uçan müşahidə mexanizmlərini gündəmə gətirməyə çalışırlar.

Təbii ki, Azərbaycan yaşayış məntəqələrinin və hərbi hissələrinin üzərində hətta üçüncü tərəfə məxsus müşahidə aparatının uçmasına icazə verməməlidir. Bu, həm taktiki baxımdan, həm də strateji baxımdan Ermənistanın xeyrinə işləyə bilər. Həm də guya bitərəf olan vasitəçilər hərbi məlumatları düşmən tərəfə ötürə bilərlər. Belə aparatlar mütləq məhv edilməlidir.

Çingiz Rüstəmov / İstiPress