Deputatlar da pulsuzluqdan şikayətləndi

07 Noyabr, 2017 13:20 | Siyasət | Baxış sayı: 234
Milli Məclis
Milli Məclis

"Sinəsini qabağa verib vuruşan, qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir"

Azərbaycanda deputatlar öz maaşlarından narazıdırlar. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

Deputat bu gün parlamentdə aparılan büdcə müzakirəsi zamanı bu bəyanatala çıxış edib. O, deyib ki, deputatın maaşı hətta deputatların əmək haqqı hansısa rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

“Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gərir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır. Bu gün hamı deputataın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onarın üzərinə düşür. Təkcə deputatların deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır”.