Dekolte Azərbaycanda çəkilən kinoya damğa vurdu FOTOLAR

07 Noyabr, 2017 10:48 | Siyasət | Baxış sayı: 898
Pelin Sönməz
Pelin Sönməz

Aktrisa qalaya sinəsi və kürəyi çöldə gəlib

Azərbayacan və Türkiyədə lentə alınan daha bir filmin təqdimatı baş tutub. İstiPress-in məlumatına görə, “Yanlış Anlama” filminin qala gecəsi ötən gün Kadıköydəki "Baba Sahnə"də keçirilib. 

Filmdə baş rollardan birini Şevket Çoruh (İllərdir izlənmə rekordları qıran "Arka Sokaklar" serialının Məsud komissarı) ifa edib. Digər baş rol ifaçısı Hakan Bilgin filmdə Azərbaycan və Türkiyə arasında yanlış anlamalar nəticəsində yaşanan bir hekayədən bəhs edildiyini bildirib.

Gecəyə filmdə rol alan qadın aktrisalar, o cümlədən azərbaycanlı Pərvin Abıyeva da qatılıb. Qala gününə damğa vuran isə gənc aktrisa Pelin Sönmez olub. O, təqdimata uzun qara geyimdə gəlib. Bütün diqqətləri üzərinə toplamasına səbəb isə onun dərin sinə və kürək dekoltesi olub.