Trampdan dünyanın gözləmədiyi açıqlama: "Geri çəkilmək vaxtıdır"

07 Oktyabr, 2019 16:25 | Siyasət | Baxış sayı: 160
Donald Tramp
Donald Tramp

"Avropa İŞID-çıları geri istəmədi"

"Sonu olmayan, mənasız savaşlardan çəkilmənin və əsgərlərimizi evə qaytarmağın vaxtı gəlib". Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib. O, qeyd edib ki, ABŞ-ın 30 günlük Suriyada olması gərəkirdi və bu illər öncə idi. "Qaldıq və bir hədəf olmadan savaşın içinə, daha da dərinliyinə  düşdük". 

Tramp deyib ki, o Vaşinqtonda işinin icrasına başlayanda İŞID bölgədə hər yerə yayılmışdı. "İŞID-ı məğlubiyyətə uğratdıq. Avropanın hər yerindən olan terrorçuları əsir aldıq. Amma Avropa onları geri istəmədi və ABŞ-dan onları saxlamasını istədi. 

Dedim ki, "Olmaz. Sizin üçün çox yaxşılıq etdik və indi siz yüksək maliyyə tələb edən işi görməyimizi - İŞID-çıları ABŞ həbsxanalarında saxlamağımızı istəyirsiz". ABŞ-ın hər zamanki kimi, sadəlövh olduğunu düşündülər. 

Maraqlarımız olan hər yerdə savaşacağıq və yalnız qazanmaq üçün. Türkiyə, Avropa, İran, İraq, Rusiya və kürdlər indi vəziyyəti həll etmək və əsir alınan İŞID-çılarla nə etmək niyyətində olduqlarını müəyyənləşdirməlidirlər. Hamısı İŞID-a nifrət edir və illərdir düşməndirlər. 7 min mil aralıdayıq, əgər yaxınlığımıza gələrlərsə yenidən İŞİD-ı məhv edərik".