Rusiya aviasiyası azərbaycanlı silahlıların bazasını vurdu

07 Oktyabr, 2019 17:10 | Siyasət | Baxış sayı: 567
Aviazərbə
Aviazərbə

Aviahücum onların komandirlərinin müşavirəsi zamanı olub

Rusiya və Suriya aviasiyası ötən gün oktyabrın 6-da Suriyanın şimalında “Hurras əd-Din” qruplaşmasının yaraqlılarının iki bazasına zərbələr endirib. Al-Masdar News nəşrinin yazdığına görə, obyekt İdlib əyalətində, Aqher və Ballisa yaşayış məntəqələrində yerləşirdi.

Hava zərbələri nəticəsində silahlıların bazaları tamamilə məhv edilib. 30-dan çox silahalı öldürülüb. Onların hamısı xarici ölkə vətəndaşları olan cihadçılardır. Belə ki, qruplaşma üzvləri Rusiyanın Şimali Qafqazından, habelə Azərbaycandan və Gürcüstandan olanlardır.

Hərbi mənbə bildirib ki, zərbələrdən əvvəl bazalar bir neçə gün ərzində detallı şəkildə öyrənilib. Aviahücum onların komandirlərinin müşavirəyə cəmləşdiyi məqamda həyata keçirilib.

“Hurras əd-Din” qruplaşması İdlibin şərq hissəsində Bəşər Əsəd qüvvələrinə qarşı irimiqyaslı hücuma başlamağa hazırlaşırdı. İndi qruplaşmanın komandirləri məhv edildyi üçün bu planların pozulduğu təxmin edilir. Bildirilir ki, İdlib bölgəsində Türkiyənin dəstəklədiyi silahlıların qüvvələrinin çoxu yaxın günlərdə Ankaranın kürdlərə qarşı başlatmağa hazırlaşdığı növbəti transsərhəd əməliyyatına qatılacaq. Nəticədə Bəşər Əsəd qüvvələri üçün həmin bölgədə əlverişli hücum imkanı yaranıb./virtualaz.org/