Putin ad gününü tayqada keçirir VİDEO

07 Oktyabr, 2019 10:11 | Siyasət | Baxış sayı: 86
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti dağlarda gəzib

Ad günü ərəfəsində Rusiya prezidenti Vladimir Putin Sibirin tayqa meşələrinə baş çəkib. Putini müdafiə naziri Sergey Şoqyu da müşayiət edib. Bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib. "O, təbiətdən, payızda tayqadan zövq alıb". 

Gəzintinin iştirakçılarından biri tayqanın təmiz havasını Moskvada da təmin etməyin mümkünlüyünü soruşub. Şoyqu buna cavabında "bu sualı mənə yox, prezidentə ver" deyib. Putin hər halda bunun üçün çalışmaq lazım olduğunu deyib. 

Xatırladaq ki, bu gün Rusiya liderinin 67 yaşı tamam olur. Bundan öncə Peskov prezidentin özəl gününü təbiət qoynunda, öz yaxınları ilə keçirmək niyyətində olduğunu açıqlamışdı. 

Putin müntəzəm olaraq təbiət qoynunda dincəlməyi sevir. O, ötən il məzuniyyətini də Tuvada keçirmişdi. O, çayda qayıq sürmüş, dağlarda gəzib, giləmeyvə toplamışdı.