Paşinyanın Putin qorxusu, konyakı təkbaşına içdi

07 Oktyabr, 2019 13:05 | Siyasət | Baxış sayı: 184
Nikol Paşinyan
Nikol Paşinyan

Rusiya liderinin İrəvan səfərinin detalları üzə çıxdı

Erməni mətbuatı Rusiya prezidenti Vladimir Putinin İrəvana səfərinin yeni detallarını müəyyən edə bilib. Yerli mətbuat yazır ki, baş nazir Nikol Paşinyan üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) İrəvanda keçirilmiş zirvə toplantısında əsas məqsəd fotolar çəkdirmək idi. Selfi həvəskarı olan nazir ətrafında necə adamların olduğunu sonradan özünün tərəfdarlarına bu fotolarla sübut edərək öyünmək  haqqında düşünüb. 

Paşinyan Putinlə restoranda görüş keçirmək istəyirdi. Hətta bunun üçün dərhal tapşırıq verib, protokol hazırlanıb və haradansa Rusiya bayraqları tapılıb düzülüb. Mövzu vacib idi - qazın qiyməti. Ancaq söhbət alınmadı. Ermənistanın baş naziri "Qazprom"un rəhbəri Millerin üzərinə göndərildi. Yəni Putin Paşinyanı faktiki olaraq rədd etdi.

Putinin həbsdə olan Robert Koçaryanın arvadı və oğlu ilə görüşü barədə xəbər isə Paşinyanı lap çox sarsıldıb. Erməni nəşrlər yazırlar ki, əgər həbsdə olmasaydı rus lider keçmiş prezidentin özü ilə də görüşərdi. Lakin erməni baş nazir isə bunun qaydına əvvəlcədən qalmışdı.  

Nikol Paşinyan hava limanına Vladimir Putini yola salmağa gedib. Burada onların arasında ayaqüstü qısa görüş olub. Ermənistanın baş naziri hətta Rusiya liderinə bir az erməni konyakı dadmağı da təklif edib. Amma prezident bu dəfə də ona rədd cavabı verib. 

Erməni jurnalistlərin yazdığına görə, Paşinyan kədərindən xeyli içib. Sonra isə Putini əsl sərxoşlar kimi qucaqlamağa çalışıb. 

Ermənilər rüsvay olduqlarının fərqindədirlər. Hətta İrəvanda bununla bağlı zarafat da edirlər. Deyirlər ki, Paşinyan Putininkindən də sürətli təyyarə ilə Moskvaya uçaraq orada da Rusiya liderini konyakla qarşılamağa çalışıb.