BŞİH Müsavata qurultay üçün yer ayırdı

07 Oktyabr, 2019 15:25 | Siyasət | Baxış sayı: 63
Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası

Partiyanın qurultayı oktyabrın 12-də olacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün etdiyi müraciəti cavablandırıb.

BŞİH-də müraciətə baxılıb, qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb. /report/