Azərbaycanın Gürcüstanla mübahisəli sərhəddində yenilik

07 Oktyabr, 2019 09:29 | Siyasət | Baxış sayı: 76
"Keçikçi qala" sərhəd zastavası kompleksi
"Keçikçi qala" sərhəd zastavası kompleksi

"Keşikçi qala" sərhəd zastavası kompleksi istifadəyə verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçi qala" sərhəd zastavası kompleksi istifadəyə verilib. Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edib. 

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək-daşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanmışdır.

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən "Keşikçi qala" sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilmişdir. Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəs-təyi xüsusi qeyd olunmuş, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sərhədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə olunub.

Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzlədirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilmişdir.