Ağ Evdən açıqlama - Türkiyəyə kömək etməyəcəyik

07 Oktyabr, 2019 13:33 | Siyasət | Baxış sayı: 66
ABŞ hərbçiləri
ABŞ hərbçiləri

Amerika Suriyadakı hərbi əməliyyatlara qoşulmayacağını açıqlayıb

"Türkiyə yaxın zamanda Suriyanın şimalında uzuzn müddətdir ki, planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyatları dəstəkləməyəcək və ona daxil olmayacaq". Bu barədə Ağ evdən yayılan bəyanatda qeyd edilib. 

Açıqlamada həmçinin ABŞ prezidenti Donald Tramp ilə türk lider Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olduğu da qeyd edilib. Həmçinin qeyd edilib ki, İŞİD-ı məğlub edən ABŞ hərbçiləri artıq birbaşa bu bölgədə olmayacaq. 

"Türkiyə bundan sonra ABŞ-ın son iki ildir bölgədə yaxaladığı İŞİD savaşçılarından da məsul olacaq".