Erməni deputatlar bir-birni güllələdi

07 Oktyabr, 2018 11:36 | Siyasət | Baxış sayı: 160
Tapançadan atəş
Tapançadan atəş

Atışma biznes münaqişəsinə görə baş verib

“Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat Karo Karapetyanın güllələnərək öldürülüb.

İstiPress-in "news.am"a istinadən verdiyi məlumata görə, hadisə bu gecə saat 22 radələrində İrəvanın mərkəzindəki “Hayginer” restoranında münaqişə baş verib.

Nəticədə eks-deputat Karapetyan və daha bir nəfər güllə yarası alıb. Karapetyan xəstəxanaya aparılarkən yolda keçinib. Odlu silah yarası alan Sərkis Avaqyan isə tibb mərkəzinə çatdırılıb, onun üzərində cərrahiyə əməliyyatı aparılır. 

Karapetyanı güllələyən elə onun öz həmkarı, “Karameli Arut” ləqəbli Arutyun Qaragözyandır. O da “Çiçəklənən Ermənistan” partiyasından deputat olub və qətl iki keçmiş deputat arasında çox güman ki, biznes münaqişəsinə görə baş verib.

Karo Karapetyan 2007 və 2012-ci illərdə Ermənistan Milli Məclisinə seçilib. 2017-ci ildə mandatının müddəti bitib. O,  “Yuvetsi Karo” ləqəbi ilə tanınır. Bizneslə məşğul olub və  tez-tez kriminal xronikanın qəhrəmanına çevrilib. Əvvəllər polisdə yüksək vəzifə tutan Karapetyan 2009-cu ildə həmkəndlisi Artur Zadoyana bir neçə dəfə atəş açıb, bundan əvvəl isə onu döyüb. Lakin işi necə fırladıblarsa Karapetyan zərərçəkmiş kimi tanınıb, Zadoyana isə cinayət işi açıblar. Sonda iş bağlanıb.