Tanklar-toplar sərhədə toplandı

07 Oktyabr, 2017 12:34 | Siyasət | Baxış sayı: 371
Türkiyəyə məxsus hərbi texnika
Türkiyəyə məxsus hərbi texnika

Şəhərin içini Türkiyə, ətrafını isə Rusiya qoruyacaq

Türkiyə yenidən Suriyaya girir. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Silahlı Qüvvələrinin hərbçiləri və hərbi texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə toplaşıb.

Hərbçilər Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlətin - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq adıçəkilən əraziyə yerləşdiriləcək.

Türkiyə, İran və Rusiya hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. İdlibdəki əməliyyatın detalları Rusiya prezidenti Vladimir Putinin bir neçə gün öncə Türkiyə səfəri zamanı müzakirə edilib. Razılaşmaya görə, şəhərin içərisini Türkiyə, ətrafında isə Rusiya təhlükəsizliyi təmin edəcək.