Minsk qrupu bəyanat yaydı

07 Oktyabr, 2017 16:30 | Siyasət | Baxış sayı: 444
Minsk qrupu
Minsk qrupu

Prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

İstiPress-in məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:

"Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".

Bəyanatda qeyd edilir ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.