Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə telefonla danışıb.
İstiPress-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə əlaqlər şöbəsi məlumat yayıb.
Məlumata görə, telefon söhbətində Şərqi Aralıq dənizindəki vəziyyət və Avropa İttifaqı ilə Türkiyə əlaqələri müzakirə olunub.
Ş.Mişel Şərqi Aralıq dənizindəki vəziyyətin yoluna qoyulması yönündə çoxtərəfli konfransın keçirilməsi ilə bağlı Ərdoğana çağırış edib.
Ərdoğan da öz növbəsində, Aİ təşkilatlarını və təşkilata üzv ölkələri Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı ədalətli, tərəfsiz və obyektiv olmağa çağırıb.