Trampdan "bomba" effektli təklif

07 Sentyabr, 2019 11:06 | Siyasət | Baxış sayı: 118
Donald Tramp
Donald Tramp

ABŞ miqrant qəbulunu məhdudlaşdırır

Donald Tramp ölkəyə qəbul edilən miqrat sayını məhdudlaşdıracaq. Bu iddianın müəllifi "New York Times" qəzetidir. Qəzet Ağ evdəki mənbəsinə istinadla yazır ki, Tramp hökuməti aclıq, savaş və ya siyasi təzyiqlərdən qaçaraq ABŞ-a gələn miqrantların qəbulunu tənzimləyən proqramda dəyişiklik etmək planı qurur.

Məlumata görə, yüksək rütbəli məmurlardan biri Ağ evdə son günlərdə məsələ ilə bağlı keçirilən ardıcıl toplantılardan birində təcili vəziyyət istisna olmaqla miqrat qəbul etməməməyi tövsiyyə edib. Bu toplantıda həmçinin miqratn sayının 10-15 min arasında limitləndirilməsi də təklif olunub.

Bu məsələnin sentyabrın 10-da Ağ evdə keçiriləcək 2020-ci ildə miqrant qəbulu ilə bağlı toplantıda da gündəmə gələcəyi gözlənilir. 

Ağ evdən "New York Times"ın məqaləsi ilə bağlı heç bir açıqlama verilməyib.