Sabah veriləcək Qarabağ qərarı

07 Sentyabr, 2017 07:54 | Siyasət | Baxış sayı: 1463
Şeyx Hacı Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyx Hacı Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri

Rusiyadan yeni vasitəçilik təklifi

Sabah Moskvada Azərbaycan və Ermənistan dini liderlərinin görüşü gözlənilir. Görüşün mövzusu aydındır - Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar barədə söhbət gedəcək.

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyx Hacı Allahşükür Paşazadə və erməni katalikosu 2-ci Qaregin dəfələrlə Bakıda, İrəvanda və Moskvada görüşüblər. Sabahkı danışıqlar Moskva və bütün Rusiya partriarxı Kirillin vasitəçiliyi ilə keçəcək.

2-ci Qaregin yaxşı bilir ki, Qarabağ həmişə Azərbaycan xanlığı olub. Bunu Rusiya tarixçilərinin əsərlərindən də görmək olar. Burada yaşayan ermənilər isə gəlmədirlər. Ən əsası isə onun rəhbərlik etdiyi dini icmanın üzvləri əsas xristian qadağasını pozurlar: Öldürmə və başqasının malına göz tikmə.

Katalikosun bədbəxtliyi ondadır ki, o, həmişə İrəvanın diqtə etdiyi siyasi dəbə uyğunlaşmağa çalışır. Daha bir görüş heç nəyi dəyişməsə də, kiçik bir ümid var ki, iki ölkə dini liderlərinin Rusiya patriarxının vastitəsi ilə görüşü konkret bir nəticəyə gətirməsə də, hansısa əlaqələr peyda olacaq. Bu cür görüşlər həmişə müsbət elementlər daşıyır. Burada isə mənim fikrimcə, heç də hər şey katalikosdan asılı deyil. O, dünya ermənilərinin Cənubi Qafqazda daha bir erməni dövləti yaratmaq kimi cəfəng ideyanı dəstəkləməyə məcburdur.

Məhz buna görə rəsmi İrəvan münaqişənin həlli üzrə ilkin şərtləri yerinə yetirmək istəmir - bu, bütün erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması, həmçinin qaçqınların öz evlərinə qaytarılmasıdır.

Serj Sarkisyan və onun ətrafı anlayır ki, nə qədər ki, bu qətnamələr yerinə yetirilməyib, görüşlər və danışıqlar heç bir nəticə verməyəcək. İrəvanın siyasi elitası artıq yəqin ki, öz katalikosunu Allahşükür Paşazadə ilə görüşə hazırlayıb.

Təbii ki, itkilərdən və 2016-cı ildəki 4 günlük müharibədən danışacaqlar. Erməni elitası öz həyatları boyu Rusiya prezidenti Putinə təşəkkür etməlidirlər ki, Azərbaycandan hücumu dayandırmağı xahiş edib. Əks halda, bu, erməni tərəfi üçün daha ağır nəticələr verə bilərdi. Əslində, elə bu da onları bu cür danışıqlara getməyə məcbur edir.

Nə isə, sabaha kimi gözləyək. Ermənistan və Azərbaycan dini liderlərinin bu görüşünün Dağlıq Qarabağda sülh münaqişəsi üzrə danışıqların başlamasına təkan verməsini çox istərdik.

Mais Məmmədov, əməkdar jurnalist