Ermənistanda qorxu: Azərbaycan “İsgəndər” raketləri alır

07 Sentyabr, 2017 11:22 | Siyasət | Baxış sayı: 794
"İsgəndər" raketləri - Ermənistan rəhbərliyi Qarabağa bu raketlərdən yerləşdirdiyini iddia edir
"İsgəndər" raketləri - Ermənistan rəhbərliyi Qarabağa bu raketlərdən yerləşdirdiyini iddia edir

Rusiya federal hərbi-texniki əməkdaşlıq xidmətindən şok açıqlama

Ermənistan çaxnaşma və həyəcan içindədir.

Rusiya federal hərbi-texniki əməkdaşlıq xidmətin direktoru Dmitri Şuvalov bildirib ki, bir neçə ölkə Rusiyaya sifariş verərək məşhur “İsgəndər” raketlərini almaq istəldiklərini bildirib.

Yada salaq ki, bu qorxulu silah hələ ki, yalnız Rusiya ordusunda var. Amma bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan öyünmüşdü ki, nə vaxt lazım gələrsə, əmr verib “İskəndər”ləri döyüşə daxil edicək. Bu da erməni yalanı çıxdı.

Bu komplekslər doğrudan da Ermənistan da var. Amma onlar Gümrüdəki 102-ci Rusiya hərbi bazasındadırlar və Ermənistana heç bir dəxlləri yoxdur.

Federal xidmətin direktorunun çıxışından sonra Ermənistanda az qala qışqırmağa başlayıblar ki, Azərbaycan “İsgəndər” raketləri almağa istəyir. “Haykakan jamanak” qəzeti dərhal yazdı ki, Rusiyanın Azərbaycana bu qorxulu silahı satmasını istisna etmək mümkün deyil. Çünki bu, Moskvada həll olunur, o isə heç də həmişə ermənilərin maraqlarını nəzərə almır. Bəzi erməni ekspertlər hətta hesab edir ki, federal xidmətin direktoru bəyanatı bilərəkdən verib ki, yeni silahları ilə öyünən isti erməni başlarını ayıltmaq üçün edilib.

İrəvana Rusiya silahının göndərilməsinə gəldikdə isə, bu respublikanın müdafiə nazirinin verdiyi məlumata görə, Moskva Ermənistana silah alınması üçün 200 milyon dollar kredit verib.

Mais Məmmədov, əməkdar jurnalist