Ermənistanda sərhədyanı bölgələrə səfərlər qadağan edildi

07 Avqust, 2020 14:59 | Siyasət | Baxış sayı: 66
Berd, Ermənistan
Berd, Ermənistan

Ermənistan silahlı qüvvələri baş qərargahı deputatların, vəzifəli şəxslərin, iş adamlarının və tanınmış ictimai xadimlərin Azərbaycanla sərhədyanı bölgələrə səfər etməsi ilə bağlı müraciətinə rədd cavabı verib.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzet yazıb.

Bildirilib ki, 2016-cı ilin aprel döyüşləri zamanı əraziyə gəlib selfi edənlər çox olub. Ancaq o vaxtdan fərqli olaraq indi sərhəd bölgəsinə səfərlərə və əsgərlərlə görüşlərə qadağa qoyulub.

Qərargah bunu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqələndirib.