Azərbaycan XİN-dən Abxaziya və Cənubi Osetiya açıqlaması

07 Avqust, 2020 17:23 | Siyasət | Baxış sayı: 132
XİN
XİN

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə açıqlamada qeyd olunub.