Prezident və xanımı Pirallahıda YENİLƏNİB, FOTO

07 Avqust, 2019 13:12 | Siyasət | Baxış sayı: 145
İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

Rayonda yeni komplekslər açılıb

Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur. Rayonda olan prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daha sonra onlar “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

Saat 13:12

Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonuna səfər ediblər. Onlar bir sıra obyektlərin açılışı mərasiminə qatılıblar. 

İlk olaraq Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı baş tutub. Daha sonra isə yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin, Gənclər Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.