Paşinyan Rusiyanı Qarabağdan çıxarır - Putin qəzəblənib

07 Avqust, 2019 17:18 | Siyasət | Baxış sayı: 1187
Vladimir Putin
Vladimir Putin

Moskva tezliklə Ermənistan baş nazirini aradan götürəcək

Rusiyanın dərin dövlət dairələri Nikol Paşinyanın Xankəndidə Qarabağın Ermənistanın ayılmaz hissəsi olması barədə çıxışını Kremli münaqişənmn həllindən uzaqlaşdırmaq cəhdi kimi dəyərləndiriblər.

İstiPress-in məlumatına görə, dərin dövlətin adamı Modest Kolerovun baş redaktoru olduğu “Regnum” portlanının şərhçisi Stanislav Tarasov bu gün yazdığı məqaləsində bunu xüsusi olaraq qeyd edib.

Tarasov məqaləsində Qarabağ məsələsi ilə bağlı Xankəndi və İrəvan arasında fikir ayrılığının olduğunu bildirib. Onun sözlərinə görə, Xankəndidəki seperatçılar Qarabağı Azərbaycandan qoparıb müstəqil dövlətə çevirmək istəyirlər, amma Paşinyan isə müstəqillik dövründə ilk Ermənistan lideridir ki, Qarabağın Ermənistanın tərkib hissəsi oldğuunu deyir.

Bako Saakyanla Nikol Paşinyan arasında bu məsələdə yaranmış fikir ayrılığının Azərbaycana müharibə hüquq verdiyini bildirən Tarasov bunun həm də Moskva ilə İrəvanın münasibətlərinə təsir göstərəcəyini vurğulayır.

Məntiq aydındır - Rusiyada hiss edirlər ki, Paşinyan bu cür bəyanatlarla müharibəyə səbəb olmağa - nəticədə Rusiyanı hazırda çox yaxşı münasibətləri olan Türkiyə ilə müharibəyə çəkməyə çalışır.  Təbii ki, Qərbin sanksiyaları ilə üzləşmiş Rusiya Türkiyə ilə müharibəyə girməz və bu, onun Qarabağ münaqişəsinin həllindən və ümumiyyətlə Ermənistandan çıxması ilə nəticələnər. Ermənistan isə Qərbin yardımına arxalanaraq oyundan de-yuro olmasa da, de-fakto qələbə ilə çıxar.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Yəni Dağlıq Qarabağ üçün Madrid prinsipləri əsasında Azərbaycanın tərkibində hətta müstəqillikdən də güclü – “veto” hüququ ilə Azərbaycanın beynəlxalq siyasətinə qarışacaq səviyyədə imtiyazlı müxtariyyət ala bilər. Türkiyə ilə sərhədləri açıları, NATO-ya girməsindən heç bir problem qalmaz və s.

Amma çətin ki, Cənubi Qafqazı axirətə qədər öz müstəmləkəsi kimi görmək istəyən Rusiya bununla razılaşsın. Moskva məsələni kökündən həllə etməyə və Tarasov öz məqaləsində buna işarə vurub. O, bildirib ki, tezliklə İrəvanla   Xankəndi arasında fikir ayrılığı qalmayacaq. Yəni hər iki recimin başında eyni cür düşünən, Rusiya üçün əlverişli  adamların olacağına işarə vurub. Xankəndi 25 ildir  Rusiyaya xidmət edən Qarabağ klanının əlindədir, amma İrəvan istisnadır. Deməli, məntiqlə Paşiyan gedəcək - ya vəlvələdən, ya da zəlzələdən…