Ərdoğan S-400-ə görə Qərbin cavabını verdi

07 Avqust, 2019 11:47 | Siyasət | Baxış sayı: 71
Rəcəb Tayiib Ərdoğan
Rəcəb Tayiib Ərdoğan

"Buna bizi müttəfiqlərimiz vadar etdi"

"Türkiyə strateji yox, ticari seçim edib". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, ölkəsinə Rusiyadan S-400 alması ilə bağlı yönələn ittihamları cavablandırıb. Prezident bu alqı-satqıya görə Türkiyə ilə Qərbin münasibətlərinin müzakirəsinin yanlış olduğunu bildirib.

"S-400-lərin NATO və "F-35"ə zərər verəcəyi ilə bağlı heç bir əsaslı məlumat yoxdur. Heç kim bir-birini aldatamasın. Ölkəmizi bu seçimə vadar edən də müttəfiqlərimizin uzlaşmaz davranışlarıdır". 

Ərdoğan Avropa Birliyi ilə münasibətlərə də toxunub. O, qeyd edib ki, AB qlobal oyunçu olmaq istəyirsə ilk öncə Türkiyəni qazanmalıdır. Türkiyənin üzvliyi bir neçə ölkənin ehtirasına qurban edilməməlidir.