ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı - Rəsmi Açıqlama

07 Avqust, 2018 19:52 | Siyasət | Baxış sayı: 192
XİN
XİN

ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır.
 
İstiPress-in məlumatına görə, bu barədə  XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib. Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".

Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.