Ermənistanda xaos - prezident baş nazirlə üz-üzə

07 İyul, 2018 10:22 | Siyasət | Baxış sayı: 363
Paşinyan və Sarkisyan
Paşinyan və Sarkisyan

Klanlararası dava qızışır

Ermənistanda siyasi xaos davam edir.  Prezident Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasındakı böhran açıq aşkardır. Ekspertlər deyirlər ki, inqilabın lideri tələb edir ki, prezident istefaya getsin. Çünki Serj Sarkisyanın adamıdır. Bundan başqa yeni parlamentin seçilməsindən sonra onun öz dövlət başçısını seçməli olduğunu bildirib. 

Eçmiədzində də sakitçilik deyil. Paşinyanın gənc tərəfdarları dini liderin iqamətgahına girərək katalikos II Qaragenin getməyini tələb edirlər. Gənclər bunu yeni Ermənistana yeni patriarxın lazım olması ilə izah edirlər.

Bununla yanaşı keçmiş prezidentin yaxınlarına da təzyiqlər davam edir. Bəziləri həbs edilib, bəziləri isə qaçmağa başlayıblar. Polisə satqınlıqlar isə günü-gündən artır. Hər gün mətbuat dövlət məmurlarının istefası və ya onların saxlanması barədə məlumat yayaır.

Bu gün Ermənistan klanlararası qalmaqallar bataqlığındadır. Erməni mətbuatı keçmiş hökumət haqqındakı nostalji məqamlardan bəhs edən materiallar dərc edir. "Onda da oğurluq çox idi. Amma bunu o qədər sakit, mərhələli edirdilər ki... Bəzən xalqa da nəisə çatırdı.  İndi isə yeni hökumət iqtisadi və sosial problemlərlə məşğul olmağın vaxtı olmadığını deyir, "bunu sonraya saxlayırıq".

Paşinyan tərəfdarları hər kəsi inandırmağa çalışrlar ki, baş nazir ölkədə yaranan vəziyyətdən mütləq çıxış yolu tapacaq. Amma bütün bu bədbəxtliklərinin hamısının Qarabağdan başladığını deyən yoxdur. Bu gün ermənilər ağır şətrlər altında yaşayır. Onu Rusiya ilə bağlayan yeganə nəqliyyat məntəqəsi Yuxarı Larsdır. Bu gün 400-ə yaxın yük maşını, çoxu da tez xarab olan məhsullarla bu məntəqədə qalıb. İstehsalçıların ziyanı böyükdür. Ancaq bu heç kimi maraqlandırmır.

Regionda heç bir ölkə nəqliyyat problemini həll etmək üçün Ermənistana kömək etmək istəmir. Bu vəziyyət Qarabağ münaqişəsinin həllinə kimi davam edəcək. Bu problemin həlli isə mütləq olacaq. Zaman yeni ölkə rəhbərliyini buna getməyə vadar edəcək.