Erməni nazir Qarabağdan danışdı - görüş olacaq

07 İyul, 2018 13:55 | Siyasət | Baxış sayı: 156
Mnatsakanyan və Məmmədyarov
Mnatsakanyan və Məmmədyarov

Mnatsakanyan yerli telekanala müsahibə verib

"Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".  Bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Şant" yerli telekanalına müsahibəsində bildirib.

O, yaxın zamanda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün planlaşdırıldığını da deyib. 

"Sülh yarada biləcək atmosfer geniş mənaya malik prinsipdir. Bura həmçinin atəşkəs rejiminin gücləndiirlməsi də daxildir. Bizim tərəfimizdən heç nə dəyişməyib. 

Z.Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikri şərh edərək deyib.