Baş nazir kövrəldi: "Haqqınızı halal edin"

07 İyul, 2018 14:36 | Siyasət | Baxış sayı: 240
Türkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım

Vida çıxışı

"Milyonların razılığını aldıq. Qara piara boyun əymədik. 16 ildir ən çətin davalarda uğur qazandıq. Həm liderimiz, həm millətimizin verdiyi əmanətə xələl gətirmədik". İstiPress-in məlumatına görə, bu sözləri iyunun 24-dəki parlament və prezident seçkisindən sonra ilk iclasını keçirən hakim partiyanın (AKP) toplantısında baş nazir Binali Yıldırım deyib. 

Baş nazir yeni hökumətin qurulması ilə bağlı kövrələrək vida çıxışı edib.

"Demokratiyanı daha da inkişaf etdirəcəyik.65-ci hökumət adından bizə olan etibarınız üçün təşəkkür edirəm. Sizdən xahiş edirəm haqqınızı halal edin. Mən də haqqımı halal edirəm".