Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb

07 İyul, 2018 08:28 | Siyasət | Baxış sayı: 26
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Diasporuna Dəstək Fondunda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

3.1. Azərbaycan prezidentinə:

3.1.1. Nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

3.1.3. Fondun yenidən təşkil və ləğv edilməsi;

Nazirlər Kabinetinə isə prezidentlə razılaşdırmaqla Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun təsdiq edilməsi barədə tapşırıq verilib.

Bundan başqa Fondun yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini, prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini, normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.