Xankəndində nə baş verir?

07 İyun, 2018 10:00 | Siyasət | Baxış sayı: 204
Xankəndidə etiraz mitinqi
Xankəndidə etiraz mitinqi

Etirazçıların tərəfini saxlayan "nazir" işdən qovuldu

Erməni mətbuatı Dağlıq Qarabağda baş verənlərdən yazmağa davam edir. Bu yazılarda qeyd edilir ki, bu işğal altında olan ərazidəki mövcud “rejimi” devirmək üçün hazırlıq görülüb. Separatçı rejimin dövlət naziri Arutunyan hərbçilərin təzyiqi ilə istefa verib. Mətbuat xatırladır ki, o zərərçəkənlərin tərəfini saxlayan azsaylı adamlardan biri olub və mitinq edənlərin bəzi hərbi rəhbərlərin işdən çıxarılması, cəzalandırılması barədə tələblərini yerinə yetirməyə çağırıb.

Xatırladaq ki, Xankəndində vətəndaş itaətsizliyi bir neçə gün öncə baş qaldırıb. Buna səəb isə yerlilərlə Ermənistan dövlət təhlükəsizlik xidməti əməkdaşları arasında olan münaqişə idi. Etirazçılar bir neçə gündə Xankəndinin bütün küçələrini bağlayıb, özlərini rekert kimi aparan ermənilərin cəzalandırılmasını tələb ediblər. Bu gündə sakitliyə baxmayaraq Qarabağda vəziyyət hələ də gərgindir.