Tovuzun yeni icra başçısı kimdir?

07 İyun, 2018 15:43 | Siyasət | Baxış sayı: 201
Tovuz şəhərinin girişi
Tovuz şəhərinin girişi

Tovuz rayonunun yeni icra başçısı Məmməd Cahangir oğlu Məmmədov bu rayonun Dönük Qırıxlı kəndində anadan olub, Kənd Təsərrüftı Nazirliyində işləyib. İstiPress-in məlumatına görə, bitkiçilik və bu sahədə zərərvericilərə qarşı kimyəvi pereparatların hazırlanması ilə məşğul olub.

Məmməd Məmmədovun qardaşı Cahan Məmmədov 90-cı illərin əvvəllərində Kənd Təsərrüfatı Nazirliyində işləyib, 1993-2005-ci illər ərzində nazir müavini olub. Daha sonra elmi fəaliyyətə keçib və İqtisadiyyat Universitetində (UNEC) dosent vəzifəsini tutub. Buradan isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin apparat rəhbəri vəzifəsinə təyinat alıb. Hazırda bu vəzifədə işləyir.