Rusiyanın Qarabağla bağlı son sözü

07 İyun, 2018 14:10 | Siyasət | Baxış sayı: 440
Sergey Lavrov - Rusiya xarici İşlər naziri
Sergey Lavrov - Rusiya xarici İşlər naziri

"Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ..."

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır.

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"O ki qaldı Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb".

Onun sözlərinə görə, rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. "Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq". - deyə Lavrov qeyd edib.

Lavrov bildirib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək.