Bakı yaxınlığında dəniz döyüşü - VİDEO

07 İyun, 2018 20:37 | Siyasət | Baxış sayı: 244
Azərbaycanın hərbi gəmiləri
Azərbaycanın hərbi gəmiləri

Gəmilərimiz üzən minaları, dəniz və hava hədəflərini məhv etdilər

Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib.

IstiPress-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər.

Təlim məşqlərinə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.