Azərbaycan hərbi texnikası Fransada

07 İyun, 2018 11:00 | Siyasət | Baxış sayı: 416
Hərbi zirehli texnika
Hərbi zirehli texnika

Erməniləri qorxuya salan texnikamız "EUROSATORY-2018”də nümayiş etdiriləcək

Azərbaycanın istehsal etdiyi hərbi texnika dünyaya nümayiş etdiriləcək. Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - "EUROSATORY-2018”də nümayiş etdiriləcək. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, sərgi iyunun 11-dən 15-dək davam edəcək. 

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

"EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.