Avropanın Ərdoğanı məhv etmək planı

07 İyun, 2018 19:35 | Siyasət | Baxış sayı: 344
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

“Daily Sabah”dan şok araşdırma

Türkiyədə 16 aprel 2017-ci il tarixdə  keçirilən konstitusiya dəyişikliyi referandumundan  24 iyun 2018-ci il seçkilərinin əvvəlinə olan müddət ərzində Avropa mediasında Türkiyə ilə bağlı yeni bir trend ortaya çıxdı. Daha əvvəl Türkiyəyə çox yer verməyən çox sayda qəzet və jurnallar, referendumda əvvəl türkcə məqalələr dərc etdirməyə başlayıblar.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyədə ingiliscə çap olunan “Daily Sabah” qəzetində çap ilunmuş “European media fears a strong Turkey” başlıqlı məqalədə bildirilir.

Məqalədə deyilir ki, Türkiyəyə və türklərə qarşı nifrəti ilə tanınan bir Almaniya qəzetində ön səhifəyə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün rəsmi qoyulur və prezident Rəcəb Tayyib Ərdoğanın konstitusiya islahatlarının islahatları həm almanac, həm də türkcə tənqid edilir. Avropa mətbuatının əksəriyyəti, xüsusilə Almaniyada türkcə yayılan KİV-lər Almaniyada yaşayan türk seçiciləri referendumda "yox" deməyə çağırırdı. Nüfuzlu qəzetlər durmadan Ərdoğanı diktator adlandırırdı. Amma bu nəticə vermədi və Avropadakı türk seçicilər  referendumda böyük əksəriyyətlə yeni konstitusiyaya “hə” söylədilər.

“Daily Sabah” yazır ki, təəssüf ki, Avropa mətbuatı referendum prosesindən heç bir dərs almayıb.  Yenə də 24 iyun növbədən kənar preezident seçkiləri öncəsi eyni üsullardan istifadə olunur. Almaniya, Fransa, Belçika, Avstriya, Danimarka, İsveçrə və bir sıra digər Avropa ölkələrində mətbuat orqanları yenə də Ərdoğana qarşı təbliğat kampaniyası başlayıblar.

Hakim partiyaya yaxın Türkiyə KİV-inin məqaləsinin səbəbi aydındır. Avropala yayaşan, amma Türkiyə vətəndaşı kimi səsvermə hüququ olan 2,5-3 milyon insan var ki, onlar seçkidə səslərini əsasən Ərdoğana verirlər. Yəni onların səsi olmasa, Ərdoğan və partiyası parlament hakimiyyətini ləğv edərək ölkəni prezident respublikasına çevirə bilməzdilər və səs səviyyələri xeyli düşərdi. Məsələn, Ərdoğanın partiyası AKP 2015-ci il parlament seçkilərində 18 milyon səs almışdı, əsas rəqibi CHP-nin isə 11 milyon səsi vardı. Əgər CHP həmin 3 milyon səsi AKP-dən ala bilsəydi AKP-nin səs sayı 15 milyona düşərdi, CHP-ninki isə 14 milyona qalxardı. O zaman CHP özü kimi sol düşərgədən olan HDP-lə (6 milyon səs) birləşərək rahatca iqtidara gələ bilərdi. Yəni Türkiyə nə prezident respublikasına çevrilərdi, nə də Ərdoğanın şəxsiyyəti ətrafında qurulmuş AKP indi partiya kimi qalmışdı.

Amma avropalılar bu məsələni orjinal şəkildə həlğ edə bilərlər. Məsələn, bütün türklərə vətəndaşlıq verərlər və onları Türkiyə seçkilərində iştirakdan məhrum edə bilərlər. Evi-eşiyi Avropada olan, artıq ikinci nəsildir ki, Avropada yaşayan və gələcəklərini Avropa ilə bağlayan bu insanlar tarixi vətənlərində baş verən hansısa siyasi prposeslərə görə onlara rahatlıqla təqdim edilən bu imkandan imtina etməyəcəklər ki?.. Məntiqlə, Türkiyənin taleyini niyə kənarda yaşayanlar həll etməlidir?