Almaniya İncirlikdən çıxır

07 İyun, 2017 13:27 | Siyasət | Baxış sayı: 134
İncirlik hərbi bazası
İncirlik hərbi bazası

Nazirlər Kabineti son qərarını verdi

Türkiyənin İncirlik hərbi bazası ilə bağlı məsələ bu gün Almaniyanın Nazirlər Kabinetində müzakirəyə çıxarılıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, kabinet bazadan çıxmaq haqqında qərar qəbul edib. 

Almaniyanın müdafiə naziri Ursula von der Leyenin planı qəbul edilib. 

Plana uyğun olaraq Almaniyanın Türkiyəyə göndərdiyi 260 hərbçi və "Tornado" təyyarələri bazadan çıxarılacaq.

"Deutsche Welle"nin məlumatına görə, alman hərbçilər Federal Məclisin qərarı ilə Türkiyəyə göndərilsə də, qərarda bazanın adı dəqiq qeyd edilmədiyi üçün son qərarın parlament deyil hökumət tərəfindən verilməsinin yetərli olacağı bildirilirdi.