Lavrov Mnatsakanyanla Qarabağı müzakirə etdi

07 May, 2020 11:29 | Siyasət | Baxış sayı: 67
Sergey Lavrov
Sergey Lavrov

Ermənistan XİN məlumat yayıb

Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

IstiPress-in məlumatına görə, bu barədə Ermənistan XİN məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

"İkitərəfli münasibətlərdəki bir sıra aktual məsələlər, koronavirus infeksiyası ilə mübarizəyə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə Qarabağ münaqişəsinin tənzimlənməsinin irəliləməsi üçün gələcək addımları da müzakirə ediblər”, - deyə Ermənistan XİN-in məlumatında bildirilib.